AZ

Paşinyan Karapetyanı dələduzluqda ittiham etdi

BAKI. 18 iyun. TELEQRAF

Ermənistanın baş naziru Nikol Paşinyan öz Facebook səhifəsində rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri və xeyriyyəçi Samvel Karapetyanı “ fırıldaqçı” və "dələduz" adlandırıb.

Teleqraf xəbər verir ki, baş nazir Karapetyanın evində və iş yerində axtarışların aparılması ilə bağlı məlumatı şərh edərkən deyib: "O deyir ki, biz öz üsulumuzla proseslərə müdaxilə edəcəyik. İndi mən öz yolumla sizə müdaxilə edirəm, dələduz".

İyunun 17-də axşam Samvel Karapetyan Ermənistanda saxlanılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki , Moskva Ermənistanda Karapetyanla bağlı vəziyyəti diqqətlə izləyir.

Seçilən
38
teleqraf.com

1Mənbələr