AZ

 “Qazprom” Slovakiyadan 16 milyard avro tələb edə bilər

“Qazprom” Rusiya qazının Avropa İttifaqına tədarükü dayandırılacağı təqdirdə Slovakiyadan təxminən 16 milyard avro cərimə tələb edə bilər.

“Report” xəbər verir ki, bu barədə “TASR” agentliyi dövlətə məxsus SPP (Slovak Gas Industry) şirkətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, SPP, Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dən etibarən Rusiya enerji xammalının Aİ ölkələrinə idxalını qadağan etmək planlarına qarşı çıxıb.

Vurğulanıb ki, Slovakiya Rusiya qazını “Qazprom” ilə uzunmüddətli müqavilə əsasında alır. Odur ki, əgər müqaviləyə birtərəfli qaydada xitam verilərsə, onu dayandıran tərəf maliyyə sanksiyalarına məruz qala bilər. Bu halda ölkə təchizatçıdan almadığı qazın pulunu ödəməli olacaq.

Qeyd edək ki, Slovakiya hökuməti Rusiyanın enerji xammalının Aİ-yə idxalını dayandırmaq planlarının əleyhinədir. Baş nazir Robert Fitso jurnalistlərə bildirib ki, Avropa Komissiyasının planı həyata keçirilərsə, Slovakiya ev təsərrüfatları üçün qazın qiyməti 30-50% artacaq.

Seçilən
29
report.az

1Mənbələr