AZ

Elcan yığmamıza ikinci medalı qazandırdı

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir."Football-plus.az" xəbər verir ki, bu gün millimizin daha iki idmançısı mübarizəyə qoşulub.Dünya çempionatıKişilər90 kqVüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib və məğlubiyyətə üzülüb.İlk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Hacıyev bürünc medal uğrunda Kristofer Kalyulaydla (Estoniya) mübarizə aparıb. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsində yer alıb.Bu, yığmamızın dünya çempionatında ikinci medalı olub.Xatırladaq ki, mundailda yığmamızın heyətində hələlik Zelim Tçkayev (81 kq) bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
2
icma.az

3Mənbələr