AZ

Elcan Hacıyev dünya üçüncüsü oldu

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elcan Hacıyev Macarıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunmuş dünya çempionatı davam edir.

Bu gün Azərbaycan millisinin daha iki idmançısı mübarizəyə qoşulub. Onlardan birinin çıxışı daha uğurlu alınıb.

Dünya çempionatı
Kişilər

90 kq-da mübarizə aparan Vüqar Talıbov 1/32 finalda Luka Maysuradze (Gürcüstan) ilə güləşib. Startda uduzan cüdoçumuz məğlubiyyətə üzülüb və dünya çempionatı ilə erkən vidalaşıb.

Bu çəki dərəcəsində mübarizə aparan digər idmançımız, ilk mərhələdən azad olan Elcan Hacıyev 1/16 finalda Nurbek Murtuzoyevi (Özbəkistan) məğlub edib. O, ikinci görüşündə Penq-Yu Çeni (Çin Taypeyi) üstələyib. Hacıyev 1/4 finalda Adam Kopeski (Çexiya) ilə üz-üzə gəlib və bu dueldən də qalib ayrılıb. Elcan yarımfinalda yaponiyalı Qoki Tayima ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, o, uğurlu seriyanı davam etdirə bilməyib. Hacıyev bürünc medal uğrunda Kristofer Kalyulaydla (Estoniya) mübarizə aparıb. İnamlı çıxış edən cüdoçumuz qələbə qazanaraq, fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci medalı olub.

Xatırladaq ki, bu mundailda yığmamızın heyətində ilk medalı Zelim Tçkayev (81 kq) qazanmışdı. O da dünya çempionatının bürünc medalçısı olub.

Seçilən
0
2
arena.az

3Mənbələr