AZ

ABŞ İrana qarşı birbaşa müharibəyə qoşula bilər

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Pentaqon İsrail və İran arasında münaqişənin şiddətləndiyi təqdirdə “B-52” bombardmançı təyyarələrin istifadəsi də daxil olmaqla bir neçə addım atmaq variantını nəzərdən keçirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” özəl mənbəyə istinadən xəbər yayıb.

“Pentaqon İranla diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə hərəkət variantları təqdim etməklə öz funksiyalarını yerinə yetirir. “B-52” bombardmançı təyyarələri bu variantlardan biri hesab olunur” - deyə telekanalın mənbəsi deyib.

Bu qırıcı təyyarələrin Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ aviabazasında yerləşdirildiyi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
50
qafqazinfo.az

10Mənbələr