AZ

“İrandakı rejimi hərbi yolla dəyişməyə çalışmaq ən böyük səhv olardı”

“İrandakı rejimi hərbi yolla dəyişməyə çalışmaq ən böyük səhv olardı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Kanadada keçirilən G7 sammitindən sonra jurnalistlərə deyib.

Qeyd edək ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmasını tələb etmişdi. Ağ Ev rəhbəri qeyd edib ki, o, İran probleminin həlli üçün Amerika ordusundan istifadə etmək istəməz, lakin Vaşinqtonun səbri tükənir. Bundan əlavə, ABŞ Prezidenti bildirib ki, o, İranın Ali liderinin yerini bilir, lakin Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.

Seçilən
21
2
qafqazinfo.az

3Mənbələr