AZ

Rusiya XİN: İsrailin İrandakı dinc nüvə obyektlərinə hücumu dünyanı fəlakətə doğru sövq edir

İsrailin İrandakı dinc nüvə obyektlərinə hücumları qanunsuzdur və dünyanı nüvə fəlakətinə doğru sövq edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, İsrailin İrana qarşı hərəkətlərini yalnız onun faktiki şəriki olan dövlətlər dəstəkləyir.

Moskva, İranın nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə sadiqliyini və Vaşinqtonla təmasları bərpa etməyə hazır olduğunu açıq şəkildə bəyan etməsini qeyd edir.

Seçilən
17
1
apa.az

2Mənbələr