AZ

KİV: ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirir

Pentaqon İsrail və İran arasında qarşılıqlı raket zərbələrinə görə Yaxın Şərqə əlavə qırıcı təyyarələr yerləşdirir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Amerika rəsmiləri arasındakı mənbələrə görə, bu, xüsusilə “F-16”, “F-22” və “F-35” təyyarələrinə aiddir. Yerləşdirmənin müdafiə məqsədilə həyata keçirildiyi qeyd edilib. Pentaqon hələlik bu məlumatı təsdiqləməyib.

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 15-də “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ İranın yəhudi dövlətinə qarşı cavab zərbələrini dəf etmək üçün İsrail qüvvələrinə kömək edir.

Seçilən
17
7
report.az

7Mənbələr