AZ

ABŞ Yaxın Şərqə döyüş təyyarələri yeridir – Gərginlik artır

Pentaqon İsrail və İran arasında zərbə mübadiləsinə görə Yaxın Şərqə əlavə qırıcı təyyarələr yerləşdirir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, bu, xüsusilə F-16, F-22 və F-35 təyyarələrinə aiddir. Mənbələr yerləşdirmənin müdafiə məqsədilə həyata keçirildiyini qeyd edib.

Pentaqon hələlik məlumatlara cavab verməyib.

İsrailin baş naziri Benyamin Netanyahu iyunun 15-də “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ İranın yəhudi dövlətinə qarşı cavab zərbələrini dəf etmək üçün İsrail qüvvələrinə kömək edir.

Seçilən
18
7
busaat.az

7Mənbələr