BAKI, 17 iyun. TELEQRAF
Pentaqon İsrail və İran arasında davam edən müharibə fonunda Yaxın Şərqə əlavə qırıcı təyyarələr yerləşdirir .
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Sözügedən təyyarələr arasında F-16, F-22 və F-35-lər də var.
İsrailin baş naziri Benyamin Netanyahu iyunun 15-də "Fox News" telekanalına deyib ki, ABŞ İsrail qüvvələrinə İranın yəhudi dövlətinə qarşı cavab zərbələrini dəf etməkdə kömək edir.