Ajans.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talai-Nik məlumat verib. O, ABŞ-ın raketdən mühafizə sisteminin İsrailin köməyinə çatmadığını bildirib: "Sionist rejimin kəşfiyyat mərkəzini düz ürəyindən vurmuşuq".
SEPAH da əməliyyatın yüksək dəqiqlik və effektivliklə yerinə yetirildiyini bildirərək hərbi kəşfiyyat mərkəzinin hazırda yandığını bildirib. CNN tərəfindən düzgünlüyü təsdiq edilən videolarda yaxınlığında raketdən mühafizə sistemləri olan bir hərbi müəssisəyə dörd raket düşdüyü nümayiş edilir.