Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin yeni klubu bəlli olub.
29 yaşlı vinger Albaniyanın “Partizani” klubuna keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubu ilə "1+1" illik müqavilə imzalayıb.
Qeyd edək ki, Vüsal İsgəndərlinin sonuncu iş yeri Türkiyənin “Boluspor” klubu olub. O, I Liqa təmsilçisinin heyətində son mövsümdə 22 oyuna çıxaraq 1 qol və 3 ötürmə ilə yadda qalıb. \\Fanat.Az