AZ

BAEA Natanzdakı nüvə obyektində zədələnmələr aşkar edib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Natanzdakı nüvə obyektində son hücumlardan sonra zədələnmə əlamətlərini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat agentliyin "X" platformasındakı paylaşımında yer alıb.

Bildirilib ki, cümə günü həyata keçirilən hücumlardan sonra əldə olunmuş yüksəkdəqiqlikli peyk görüntülərinin davam edən təhlili nəticəsində kompleksin yeraltı zənginləşdirmə sexlərinə birbaşa təsirə dair əlavə sübutlar aşkarlanıb.

Eyni zamanda, BAEA-nın hesabatında qeyd olunur ki, İranın digər əsas nüvə obyektləri - İsfahan və Fordoda hər hansı dəyişiklik qeydə alınmayıb.

"Agentlik vəziyyəti izləməyə davam edir və baş verənlərin İranın nüvə proqramına mümkün təsirlərini qiymətləndirir", - deyə açıqlamada vurğulanıb.

Iran: Based on continued analysis of high resolution satellite imagery collected after Friday’s attacks, the IAEA has identified additional elements that indicate direct impacts on the underground enrichment halls at Natanz.No change to report at Esfahan and Fordow.

— IAEA - International Atomic Energy Agency ⚛️ (@iaeaorg) June 17, 2025

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
oxu.az

2Mənbələr