AZ

BAEA Natanzdakı nüvə obyektində zədələnmələr aşkar edib - FOTO

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Natanzdakı nüvə obyektində son hücumlardan sonra zədələnmə əlamətlərini müəyyən edib.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumat agentliyin "X" platformasındakı paylaşımında yer alıb.
 
Bildirilib ki, cümə günü həyata keçirilən hücumlardan sonra əldə olunmuş yüksəkdəqiqlikli peyk görüntülərinin davam edən təhlili nəticəsində kompleksin yeraltı zənginləşdirmə sexlərinə birbaşa təsirə dair əlavə sübutlar aşkarlanıb.
 
Eyni zamanda, BAEA-nın hesabatında qeyd olunur ki, İranın digər əsas nüvə obyektləri - İsfahan və Fordoda hər hansı dəyişiklik qeydə alınmayıb.
 
"Agentlik vəziyyəti izləməyə davam edir və baş verənlərin İranın nüvə proqramına mümkün təsirlərini qiymətləndirir", - deyə açıqlamada vurğulanıb.

 

Seçilən
0
1
moderator.az

2Mənbələr