Şimali Koreya (KXDR) Kiyev tərəfindən dağıdılmış obyektlərin bərpası üçün Rusiyaya 5 min hərbi inşaat işçisi, minalardan təmizləmə üçün 1000 istehkamçı göndərəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla danışıqlardan sonra bildirib.
Onun sözlərinə görə, Rusiya və KXDR-də Kursk vilayətinin azad edilməsi zamanı həlak olmuş Şimali Koreya əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidələrin açılışı olaacaq.