ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Şimali Koreya (KXDR) Kiyev tərəfindən dağıdılmış obyektlərin bərpası üçün Rusiyaya 5 min hərbi inşaat işçisi, minalardan təmizləmə üçün 1000 istehkamçı göndərəcək.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Pxenyanda Şimali Koreya lideri Kim Çen Inla danışıqlardan sonra bildirib.Onun sözlərinə görə, Rusiya və KXDR-də Kursk vilayətinin azad edilməsi zamanı həlak olmuş Şimali Koreya əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün ucaldılmış abidələrin açılışı olaacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.