Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.
O deyib ki, düşüb-minmə zolaqlarının təyin edilməsi uzun müddətdir ki, vətəndaşlarımızın gözlədiyi və ümid etdiyi məsələlərdən biridir:
“Əhali arasında bu, böyük məmnuniyyətlə qarşılanır və insanlar belə bir yeniliyi səbirsizliklə gözləyirlər. Belə zonalar təyin olunduqda vətəndaşlar bu yerlərdə qısa müddətli dayanmalar zamanı cərimələnməyəcəklər. Yəni, əgər bir şəxs avtomobilini həmin ərazidə saxlayıb sərnişin düşürürsə və ya mindirirsə, bu zaman texniki olaraq müəyyən edilən qısa müddət çərçivəsində cərimə yazılmamalıdır. Bunun üçün isə texniki avadanlıqlarla bu proses düzgün şəkildə tənzimlənməlidir ki, sui-istifadə halları baş verməsin. Eyni zamanda, bu zonalar əlçatan, ümumi istifadəyə açıq və təhlükəsiz yerlərdə qurulmalıdır. Məsələn, döngələrdə, parkların yaxınlığında və ya xiyabanların ətrafında lakin digər parklanma yerlərindən bir qədər aralı, məsələn, 10–15 metr məsafədə bu zolaqlar təşkil oluna bilər. Bu cür yanaşma həm nəqliyyatın təhlükəsizliyini artırar, həm də sərnişinlərin rahatlığını təmin edər. Ümid edirik ki, bu addım vətəndaşlarımız üçün faydalı olacaq və ümumi razılıqla qarşılanacaq”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
yeniazerbaycan.comKənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib ( 19045390)
-
olke.azAgentlikdən xəstə heyvanlarla bağlı açıqlama ( 19044862)
-
pravda.azAgentlikdən xəstə heyvanlarla bağlı açıqlama: "Fotolar Rusiya və Afrikada çəkilib" ( 19040920)
-
referans.azSON DƏQİQƏ! Bu şəxslər vergi ödəməyəcək... ( 19040044)
-
aznews.azMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb ( 19039837)
-
bizim.mediaMədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair SAXTA SƏNƏD yayıldı - FOTO ( 19039822)
-
musavat.comAgentlikdən xəstə heyvanlarla bağlı açıqlama: "Fotolar Rusiya və Afrikada çəkilib" ( 19039474)
-
icma.azAzərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama ( 19039258)
-
demokrat.az“O fotolar Azərbaycanda yox, Afrika və Rusiyada çəkilib...” — FOTOLAR ( 19039171)
-
adalet.azAzərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO ( 19038856)