2025/2026 mövsümündə Premyer Liqada mübarizə aparacaq "Qəbələ"nin hazırlıq planı açıqlanıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən məlumat verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv hazırlığa iyunun 30-da Qəbələdə başlayacaq.
Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-da və 14-də baş tutacaq. Birinci rəqib müəyyənləşməsə də, ikinci yoxlama görüşünün “Şamaxı”ya qarşı keçiriləcəyi dəqiqdir.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır.