AZ

“Qəbələ” xaricə getmir – Yay hazırlığı ölkəmizdə olacaq

“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.

Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.

Təlim məşq toplanışının ikinci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələlik dəqiqləşməyib.

Bizim.Media

Seçilən
8
11
bizim.media

10Mənbələr