AZ

"Barselona" Niko Uilyamsla razılaşdı

style='margin-bottom:10px;'>

"Barselona" "Atletik"in futbolçusu Niko Uilyamsı transfer edir.

QOL.az insayder Nikola Skiraya istinadən xəbər verir ki, artıq 22 yaşlı vingerlə müqavilə bağlı razılıq əldə olunub.

İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Niko Uilyamsın Bilbao klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. O, "Atletik"də 2021-ci ildən indiyəqədər 167 oyun keçirib, 31 qol vurub və 30 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir. 

Seçilən
11
1
teleqraf.com

2Mənbələr