AZ

Niko Uilyams “Barselona” ilə anlaşdı

“Barselona” “Atletik”in futbolçusu Niko Uilyamsı transfer edir.

Msport.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Skira paylaşım edib.

Onun sözlərinə görə, 22 yaşlı vingerlə müqavilə ilə bağlı razılıq əldə olunub. İspaniya millisinin üzvü ilə yaxın günlərdə müqavilə imzalanması gözlənilir.

Qeyd edək ki, Niko Uilyamsın Bilbao klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. O, “Atletik”də 2021-ci ildən indiyə qədər 167 oyun keçirib, 31 qol vurub və 30 məhsuldar ötürmə verib.

Seçilən
1
1
msport.az

2Mənbələr