AZ

"Araz-Naxçıvan"ın yeni transferi Bakıda - FOTO

BAKI. 17 iyun. TELEQRAF

"Araz-Naxçıvan"ın heyətinə qatmaq istədiyi futbolçu Ba-Muaka Simakala Bakıya gəlib.

Teleqraf xəbər verir ki, Almaniyada doğulmuş Konqo DR əsilli hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

28 yaşlı forvardın son klubu Almaniya III Liqasında çıxış edən "Osnabrük" olub. O, 23 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə verib. Azad agent statuslu Simakalaya Transfermarkt 550 min avro qiymət qoyub. Hücumçu Almaniyanın 18 yaşadək futbolçulardan ibarət yığmasında isə 1 oyuna çıxıb.

Qeyd edək ki, Ba-Muaka Simakala

Seçilən
15
teleqraf.com

1Mənbələr