Aleks De Souzanın yeni iş yeri müəyyənləşib.
QOL.az xəbər verir ki, braziliyalı mütəxəssis ölkəsində çalışacaq.
O, B seriyasında çıxış edən "Operario Ferroviario"nun baş məşqçisi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Aleks De Souzanın son iş yeri Türkiyədə "Antalyaspor" olub.