AZ

ABŞ İsraildəki diplomatik missiyaları BAĞLADI

ABŞ-ın Qüdsdəki səfirliyi və İsraildəki baş konsulluqları 17 iyun tarixində fəaliyyət göstərməyəcək. 

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayılıb.

Diplomatik missiyanın məlumatında qeyd olunub ki, təhlükəsizlik vəziyyəti və İsrail hakimiyyətinin göstərişləri ilə əlaqədar olaraq, “ABŞ-ın Qüdsdəki səfirliyi çərşənbə axşamı, 17 iyun tarixində bağlı olacaq”.

Diplomatik nümayəndəlik əlavə edib ki, bu qərar Qüds və Təl-Əvivdəki konsulluq şöbələrinə də aiddir.

Diplomatların bildirdiyinə görə, “hazırda ABŞ səfirliyi amerikalıların təxliyəsini həyata keçirmək və ya onların İsraildən çıxışında birbaşa yardım göstərmək imkanına malik deyil”.

Səfirlik həmçinin əlavə edib ki, “bütün ABŞ hökumət əməkdaşları və onların ailə üzvləri növbəti göstərişlərədək evlərində sığınmaqda davam edəcəklər”.

Musavat.com

Seçilən
24
2
musavat.com

4Mənbələr