AZ

Al Paçino Papaya "Maserati" hədiyyə etdi - Foto

Amerikalı aktyor Al Paçino Papa XIV Leoya "Maserati" maketi hədiyyə edib.

Publika.az xəbər verir ki, bu barədə italyan prodüser Andrea Yervolino özünün "Instagram" səhifəsində bildirib.

“Al Paçino və mən filmimizin şərəfinə "Maserati" maketini təqdim etdik”, – o yazıb.

Qeyd edək ki, Al Paçino və Andrea Yervolino hazırda İtaliyadadırlar və “Maserati qardaşları” filminin çəkilişlərini davam etdirirlər.

Film Maserati ailəsinin 1914-cü ildə avtomobil markasının yaranmasından onun lüks avtomobillərin kult istehsalçısına çevrilməsinə qədər olan hekayəsindən bəhs edir. Filmdə əsas rollardan birini əfsanə aktyor Entoni Hopkins canlandıracaq.

Seçilən
21
2
publika.az

3Mənbələr