AZ

Pakistan müdafiə nazirindən sərt İsrail açıqlaması: “Bu yaramaz dövlət beynəlxalq hüquqdan kənardadır”

Musavat.com xəbər verir ki, Pakistanın müdafiə naziri İsrailin son hərbi və siyasi davranışlarını kəskin tənqid edib.

Nazir bildirib ki, İsrailə qarşı heç bir beynəlxalq hüquq normaları tətbiq olunmur və bu, bölgədə sülhə ciddi təhdiddir.

"İsrail yaramaz dövlətdir, ona heç bir beynəlxalq qanun şamil edilmir. Əgər dünya İsraili beynəlxalq qanunlardan üstün görürsə, bölgədə heç vaxt sülh olmayacaq", - deyə nazir vurğulayıb.

Müdafiə naziri İsrailin əsas beynəlxalq dəstəkçisinə də mesaj göndərib: "İsrailin sponsoru anlamalıdır ki, o, bütün dünyanı qaranlıq bir uçuruma itələyir. Bu davranışlar təkcə Yaxın Şərqdə deyil, ümumilikdə qlobal miqyasda xaosa səbəb ola bilər".

Nazir həmçinin Qərb ölkələrinin İsrail qarşısında aciz duruma düşdüyünü də qeyd edib: "İsrail bir-bir ölkələrə hücum edir, guya demokratik Qərb ölkələri isə sionist lobbi tərəfindən şantaj edilir. Heç kim İsraili bu dağıdıcı fəaliyyətinə görə məsuliyyətə cəlb etmir".

Qeyd edək ki, bu açıqlama İsrail və İran arasında davam edən gərginlik fonunda səslənib və beynəlxalq diplomatik dairələrdə ciddi rezonans doğurub. Pakistanın mövqeyi bölgədəki digər müsəlman ölkələrinin davranışlarına da təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
1
olaylar.az

2Mənbələr