AZ

İsrail İran-ABŞ razılaşmasını pozmaq istəyir - Əraqçi

Bakı. Trend:

İsrailin İrana hücumunun məqsədi Tehran və Vaşinqton arasındadanışıqlarda əldə olunmuş irəliləyişi pozmaqdır.

Trend xəbər verirki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkəX hesabında paylaşım edib.

“İsrailin baş naziri Benyamin Netanyahu — beynəlxalq axtarışdaolan hərbi cinayətkardır. O, həmçinin ABŞ prezidentlərinionilliklərdir öz müharibələrinə cəlb edən bir fırıldaqçıdır”, –deyə Əraqçi bildirib.

Nazirin sözlərinə görə, “Netanyahunun İrana qarşı həyatakeçirdiyi cinayətkar hücumun” arxasında əsas məqsəd İranla ABŞarasında mümkün razılaşmanın qarşısını almaqdır: “Bu razılaşmayatərəflər düzgün və sabit yolla yaxınlaşırdılar”.

“Netanyahu daha bir ABŞ prezidentini və getdikcə daha çoxamerikalı vergi ödəyicisini aldatmağa davam edir”, – deyə AbbasƏraqçi vurğulayıb.

İranın baş diplomatı əlavə edib ki, İran Silahlı Qüvvələridünyaya aydın şəkildə mesaj verir: “Təl-Əvivdə sığınacaqlardagizlənən hərbi cinayətkarlar cəzasız qalmayacaqlar”.

“Biz bu qorxaqlara qarşı zərbələrimizi davam etdirəcəyik – nəqədər ki, onların xalqımıza atəş açmağa bir daha cəsarətetməyəcəklərinə əmin olacağıq”, – deyə Əraqçi bəyan edib.

Seçilən
24
az.trend.az

1Mənbələr