“Şamaxı”nın yay hazırlıq planı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi yeni mövsümün hazırlıqlarına iyulun 5-də Qəbələ şəhərində start verəcək. Komanda toplanış zamanı keçirəcəyi ilk yoxlama oyununda “Qəbələ” ilə qarşılaşacaq.
Görüş iyulun 14-ü Qəbələ şəhər stadionunda keçiriləcək.