GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Slovakiya Ukraynanın Avropa İttifaqına üzv olmaq qərarını dəstəkləyir.
Globalinfo.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
“Ukrayna Aİ-yə qoşulmaq istəyir. Bu, onun suveren qərarıdır və biz bu qərarı dəstəkləyirik”, – deyə Fitso jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, Aİ-yə üzv olmaq istəyən bütün namizəd ölkələr qarşılarına qoyulan şərtləri yerinə yetirməlidir və Ukrayna bu baxımdan istisna ola bilməz.
O həmçinin 2025-ci ilin payızında keçiriləcək Slovakiya–Ukrayna hökumətlərarası məsləhətləşmələr barədə məlumat verib. Onun sözlərinə görə, birgə nazirlər kabineti iclası formatında təşkil olunacaq görüşdə Ukraynanın Aİ-yə üzvlük planlarının reallaşdırılması məsələsi də müzakirə olunacaq.
Aysel Əliyeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.