AZ

Zelenski panikada: ABŞ olmasa…

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan gələn hərbi yardımın dayandırılmasından narahat olduğunu bildirib və bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etməyə ümid etdiyini deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski Avstriya Prezidenti Aleksandr Van der Bellenlə Vyanada keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Tramp ilə görüşdə müzakirə edəcəyim məsələlərdən biri də müdafiə paketi olacaq. Ukrayna bu paketi almağa hazırdır və bu barədə onunla ətraflı danışmaq niyyətindəyəm. Əminəm ki, belə bir fürsətimiz olacaq – heç olmasa, mən buna ümid edirəm”, – deyə Zelenski bildirib.

O, qeyd edib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna üçün vəziyyətin son dərəcə çətin olacağını təsəvvür etmək belə istəmir.

“Bu yardım olmasa, bizim üçün çox-çox çətin olardı. Hətta necə davam edə bilərdik, onu təsəvvür etmək belə istəmirəm. Hazırda heç kim ABŞ-sız mübarizə aparmağın nə demək olduğunu düşünmək istəmir”, – o deyib.

Xatırladaq ki, hələ aprelin ortalarında Zelenski Ukraynanın ABŞ-dan 10 “Patriot” zenit-raket kompleksi almaq üçün 15 milyard dollar ödəməyə hazır olduğunu bəyan etmişdi, lakin Vaşinqton bu qurğuları satmaqdan imtina edib. Zelenski bildirmişdi ki, Kiyev bu silah sistemlərini və digər hərbi texnikanı Avropa tərəfdaşlarının vəsaiti hesabına almağı planlaşdırır.

May ayının sonunda isə o, Qərbdən gələn pulsuz hərbi yardımın azalmasından şikayətlənmiş, Ukraynanın artıq getdikcə daha çox silahı öz vəsaiti hesabına almağa məcbur olduğunu vurğulamışdı.

Aysel Əliyeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
globalinfo.az

1Mənbələr