AZ

İmamoğlunu 7 il həbs gözləyir – xalq isə İmamoğlu deyir


Həbsdə olan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu şəhər prokurorunu hədələməkdə təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayəlan Əkrəm İmamoğlu bir neçə araşdırma obyektidir. 54 yaşlı bələdiyyə sədridövlət məmurunu hədələmək, təhqir etmək və “hədəf almaq”da ittiham olunur - Türkiyənin getdikcə daha çox siyasiləşən ədliyyə sistemində İmamoğluya qarşı ciddi ittihamlar səslənir.

İmamoğluna qarşı hansı iş qaldırılıb?
İttihama İmamoğlunun dürüstlüyünü şübhə altına aldığı iddia edilən İstanbulun baş prokuroru Akın Gürlek haqqında söylədiyi fikirlər səbəb olub.Və nəticədə İmamoğlunu “terrorizmlə mübarizədə iştirak edən şəxsləri hədələmək, təhqir etmək və hədəfə almaq” ittihamı ilə yeddi ildən artıq həbs və siyasi qadağa gözləyir. Dinləmə İstanbulun kənarındakı Silivri Həbsxanasında baş tutub və burada bələdiyyə sədri maliyyə sui-istifadələri ilə bağlı ayrı bir iş üzrə ittiham edilib. Bu hadisə Türkiyədə onilliklərin ən böyük etiraz aksiyalarına səbəb oldu və polis aksiyada yüzlərlə nümayişçini saxladı. Apreldə ayında keçirilən məhkəmə iclasında İmamoğlu bütün ittihamları rədd etmiş və 2028-ci ildə keçiriləcək prezident seçkilərində Ərdoğana qarşı çıxmaq niyyətində olduğu üçün hakimiyyətin hədəfində olduğunu bildirmişdi. Yanvar ayında o, prokuror qarşısında ifadə verən zamansadəcə olaraq, söz azadlığı hüququndan istifadə etdiyini və şərhlərindəhədə və ya təhrik olmadığını xüsusi önə çəkib.

İmamoğlu məhkəmədə nə dedi?
Məhkəmədə ifadə verən bələdiyyə sədri partiyasının digər həbs olunan üzvləri ilə birlikdə ona "psixoloji işgəncələr" verildiyini deyib. “Bu gün burada təkcə biz yox, hökumətə və on milyonlarla insanın iradəsinə uyğun gəlməyən bütün müxalif qüvvələr mühakimə olunur”, - deyə İmamoğlu məhkəmədə özünü müdafiə edib. Dinləmə zamanı İmamoğlunun çoxsaylıtərəfdarları həbsxana qarşısına toplaşaraq “Türkiyə sizinlə fəxr edir!” şüarları səsləndiriblər.Məhkəmə korrupsiya işi ilə birbaşa əlaqəli olmadığından bir çoxları hesab edir ki, bu Ərdoğanın əsas rəqibi sayılan İmamoğluya qarşı bir sıra ittihamlar silsiləsinin növbəti epizodudur. Hüquq müdafiəçiləri və müxalifət partiyaları İmamoğlunun təqibini siyasi motivli adlandırıb və hökuməti seçkilər ərəfəsində müxalifətin yolunu bağlamaqüçün məhkəmə sistemindən istifadə etməkdə ittiham ediblər.

Surxay Əliyev

Seçilən
35
baki-xeber.com

1Mənbələr