Ruslar İrandan quru yolu ilə “Astara” sərhəd-keçid məntəqəsindən Azərbaycana keçə bilərlər.
News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"İranın hava məkanının bağlanması ilə əlaqədar Rusiya vətəndaşları “Astara” sərhəd-keçid məntəqəsi vasitəsilə bu ölkəni quru yolu ilə tərk edərək Azərbaycana gedə bilərlər. İsraildən qonşu Misirə (Menahem Begin/Taba keçid məntəqəsi) və ya İordaniyaya (Şeyx Hüseyn keçid məntəqəsi) getmək mümkündür", - mətndə deyilir.
Rusiya XİN həmçinin “Azərbaycanda karantin rejimi ilə əlaqədar quru sərhədlərin bağlı olmasına da diqqət
çəkib.