AZ

"Kitablar vasitəsilə Azərbaycanın bir çox şairlərini tanıdım..."

“İRS” Nəşriyyat Evinin kitablarının təqdimatında iştirak etməkdən şadam, nəşrlər çox nəfis hazırlanıb. Bu kitablar sayəsində Azərbaycanı özümüz üçün kəşf etdik, tanıdıq. Tezliklə şairləri, yazıçıları da tanıyacağıq. Tanınmış şairə Natəvanı artıq tanıyıram.

Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzi incəsənət, mədəniyyət məkanıdır. Bu Mərkəzin sayəsində Azərbaycanı getdikcə daha yaxından tanıyırıq.

SİA-nın məlumatına görə, bu fikirləriaçıqlamasında “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” Nəşriyyat Evinin dərc etdiyi kitabların təqdimat mərasimində iştirak edən şair və yazıçı Fatima Şbibane deyib. O bildirib ki, 50 ildən çoxdur Fransada yaşayır.

“İRS” nəşriyyat evinin kitablarının təqdimat mərasimi çox yaxşı keçdi. Bu kitablar Azərbaycanı tarixi, mədəniyyəti, incəsənəti, rəssamlığı və ədəbiyyatı vasitəsilə tanımağa imkan yaradır.

Kitablar nəfis tərtibatda hazırlanıb. Bu kitablar vasitəsilə artıq Azərbaycanın bir çox şairlərini tanıdım. Həmçinin tarixə və mədəniyyətə aid digər kitablar da çox maraqlıdır”, - deyə F.Şbibane qeyd edib.

Seçilən
35
2
sia.az

3Mənbələr