AZ

“Sumqayıt” Belarus millisinin baş məşqçisiylə anlaşıb? – açıqlandı

“Sumqayıt”ın yeni baş məşqçisini Belarusda tapdığı iddia olunur.

Məlumatlara görə, “gənclik şəhəri”nin təmsilçisi bu ölkənin yığmasının çalışdırıcısı Karlos Alosa təklif göndərib. İspaniyalı mütəxəssin yığmadakı vəzifəsini tərk edib “kimyaçılar”ın “sükanı arxasına” keçəcəyi gözlənilir. Deyilənə görə, klub 49 yaşlı çalışdırıcıyla bütün məsələlərdə razılığa gəlib.

Qeyd olunanların doğru olub-olmadığı haqda məlumat almaq məqsədilə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyvə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında klubun Karlos Alosa rəsmi təklif göndərmədiyini bildirdi.

Xatırladaq ki, “kimyaçılar”ın sonuncu baş məşqçisi Vaqif Cavadov olub. O, mayın 12-də istefaya göndərilib.

KƏNAN BAHADIR

Seçilən
16
1
football-plus.az

2Mənbələr