AZ

Zelim Tçkayev dünya 3-cüsü oldu

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Budapeştdə təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.

Bu gün Azərbaycan millisinin daha bir idmançısı mübarizəyə qoşulub. 81 kq çəki dərəcəsində mübarizə aparan və ilk mərhələdən azad olan Zelim Tçkayev 1/16 finalda Jianqnan Vanqı (Çin), ardınca Luan Almeydanı (Braziliya) məğlub edib. Cüdoçumuz 1/4 finalda Yun-Xvan Lini (Cənubi Koreya) də məğlub edib. Onun yarımfinaldakı rəqibi Tato Qriqalaşvili (Gürcüstan) olub. Məğlub olan Zelim bürünc uğrunda Nuqzari Tatalaşvili (BƏƏ) ilə qarşılaşıb. Cüdoçumuz qızıl xal hesabına qələbə qazanaraq, ölkəmizə dünya çempionatında ilk medalı qazandırıb.

Xatırladaq ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Onlardan hələlik 8-i çıxışını medalsız başa vurub. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq.

Seçilən
21
arena.az

1Mənbələr