AZ

İran Silahlı Qüvvələrinin Rabitə Mərkəzini vurduq - İsrail ordusu

İsrail ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“İsrailin Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən, İran Silahlı Qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzini hədəfə alaraq dəqiq zərbə endirib”, - məlumatda bildirilib.

Məlumatı İranın dövlət teleradio yayımçısının binasının görüntüləri müşayiət edib.

Seçilən
16
4
publika.az

10Mənbələr