AZ

"Fənərbağça"dan "Fiorentina"ya

"Fənərbağça"nın hücumçusu Edin Dzeko karyerasını İtaliya A seriyasında davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Canluka di Marzio məlumat yayıb.

39 yaşlı futbolçu azad agent kimi "Fiorentina"ya keçəcək. İtaliya klubu Dzeko ilə 1 illik müqavilə imzalayacaq. Müqaviləyə uzatmaq variantı da daxil ediləcək.

Bu mövsüm Dzeko bütün yarışlarda 53 matça çıxıb, 21 qol vurub və 8 məhsuldar ötürmə verib.

O, daha əvvəl "İnter", "Roma" və "Mançester Siti" kimi məşhur klublarda da oynayıb.

Bizim.Media

Seçilən
22
1
bizim.media

2Mənbələr