AZ

İsrail İranın qisas hücumuna qarşı hərəkətə keçdi - xaricdəki səfirlik və nümayəndəliklər bağlanır...


İsrail İranın paytaxtı Tehrana təşkil etdiyi intensiv hücumlarda bir çox yüksək vəzifəli şəxsi qətlə yetirib. Təl-Əviv administrasiyası Tehran administrasiyasının qisas ehtimalına qarşı tədbir görür.

Məlumatlara görə, İsrail Xarici İşlər Nazirliyi hücum ehtimalına qarşı dünyanın müxtəlif yerlərindəki səfirlik və nümayəndəliklərini bağlamaq qərarına gəlib.

Bundan əvvəl “Yedioth Ahronoth” qəzeti İsrailin İrandan “istənilən yerdə və anda” qisas ehtimalına qarşı İsrailin bəzi diplomatik nümayəndəliklərini və səfirliklərini bağlayacağını və yüksək rütbəli İsrail rəsmilərinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirib.

Xəbərdə İranın, terrorçu qruplar da daxil olmaqla, bəzi addımlar ata biləcəyi və İsrail təhlükəsizlik qüvvələrinin də İrandan gələ biləcək mümkün təhlükəyə qarşı hazırlaşdığı bildirilib.

TAHİR

Seçilən
16
baki-xeber.com

1Mənbələr