AZ

Nazir Gəncəyə rəis təyin ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinə yeni rəis təyin edilib.

Redaktor.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Rövşən Nəbiyev Gəncə Regional Mərkəzinin rəisi təyin olunub.

Qeyd edək ki, bir neçə gün əvvəl FHN-nin Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov vəzifəsindən azad olunaraq, Bakı Regional Mərkəzinin rəisi təyin edilib.

Seçilən
20
9
redaktor.az

10Mənbələr