BAKI, 16 iyun. TELEQRAF
"Azərbaycan Hava Yolları" (AZAL) Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bəzi ölkələrin hava məkanlarını bağlaması ilə əlaqədar 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan bir sıra reysləri ləğv edib.
Azal-dan Teleqraf-a verilən məlumata görəBakı – Dammam – Bakı (J2 8205/8206) ;Bakı – Bəhreyn – Bakı (J2 505/506) ; Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) ;Bakı – Lahor – Bakı (J2 145/146) istiqamətində nəzərdə tutulan uçuşlar baş tutmayacaq.
Bundan əlavə, AZAL iki istiqamət üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırıldığını da açıqlayıb.
Belə ki, Bakı – Təl-Əviv – Bakı reysləri 18 iyun – 30 iyun tarixləri arasında,
Bakı – Tehran – Bakı reysləri isə 19 iyun – 30 iyun tarixləri arasında həyata keçirilməyəcək.