Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarını bağlaması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin (AZAL) bir sıra reysi ləğv olunub.
ONN media xəbər verir ki, AZAL-ın 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reysləri ləğv olunub:
• Bakı – Dammam – Bakı (J2 8205/8206)
• Bakı – Bəhreyn – Bakı (J2 505/506)
• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
• Bakı – Lahor – Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı.
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər