AZ

İsraildə Rusiya səfirliyinin yaxınlığında partlayış olub

İsraildə Rusiya səfirliyi yaxınlığında partlayış olub.
 
Bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov "Rossiya-24" telekanalının efirində məlumat verib.
 
Onun sözlərinə görə, diplomatik missiyanın bəzi əməkdaşlarının mənzillərinə yüngül zərər dəyib.
 
"Xoşbəxtlikdən birbaşa zərbə olmayıb, lakin belə xoşagəlməz hallar baş verdi", - deyə diplomat bildirib.
 
O əlavə edib ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya diplomatik nümayəndəliyi İsraildə iş rejimini gücləndirib.
Seçilən
13
4
moderator.az

5Mənbələr