Dağıstanın Dərbənd şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəzada iştirak edən avtomobillərdən biri Azərbaycan vətəndaşına məxsus olub.
Azərbaycanlı sürücünün idarə etdiyi 10 ZX 285 dövlət nömrə nişanlı yük maşını işıqforun qırmızı işığında dayanan “Volvo” markalı avtomobilə arxadan çırpılıb.
“Volvo” markalı avtomobilin önündə də başqa bir yük maşını olub. İki yük maşınının arasında qalan “Volvo”dakı 4 nəfər hadisə yerində dünyasını dəyişib.
Şahidlərin məlumatına görə, “Volvo” markalı avtomobildəkilərdən üçü milliyyətcə erməni olub.
Qəzanın baş vermə səbəbi kimi ilkin ehtimal yük maşınının sürücüsünün sükan arxasında yuxulaması göstərilir. (Musavat.com)
Bizim.Media