AZ

İsrail Ordusu İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 ni sıradan çıxarıb VİDEO

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Ordusu indiyədək İranın Hərbi Hava Qüvvələrinə məxsus raket sistemlərinin 1/3 hissəsini sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, ötən axşamkı əməliyyatlar nəticəsində 20 ədəd "Yer - Yer" tipli raket sistemi zərərsizləşdirilib, əməliyyatlar başlayan gündən sıradan çıxarılan sistemlərin sayı isə 120-yə çatıb.

Eyni zamanda, İsfahan əyalətində 100-dən çox hərbi obyektə zərbələr endirilib:

"İndiki dövrədək təqribən 50 ədəd qırıcı tərəfindən raketlərin saxlanıldığı yerlər, eləcə də buraxılması üçün hazır vəziyyətə gətirilmiş 20 ədəd raketin mövqeyi müəyyənləşdirilərək, məhv edilib".

https://bit.ly/45kQBLR

https://bit.ly/4n4lPxc

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
5
apa.az

6Mənbələr