AZ

Eltac Səfərli 152 şahmatçının yarışdığı turnirdə İKİNCİ OLDU

ain.az bildirir, Baku.ws portalına istinadən.

Almaniyanın Münhen şəhərində keçirilən "International Whitsun" şahmat turniri başa çatıb.

BAKU.WS xəbər verir ki, Azərbaycan qrosmeysteri Eltac Səfərli yarışda ikinci yeri tutub.

O, IX turda Kirill Alekseenkoya (Avstriya) qalib gələrək xallarını sayını 7.5-ə çatdırıb. Eltac lider Elham Amara çatsa da, əlavə göstəricilərdə norveçlidən geri qalıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 152 şahmatçı iştirak edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
baku.ws

7Mənbələr