Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Karvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bir neçə futbolçu ilə danışıq aparır. Artıq razılıq əldə olunan oyunçular var. Yevlax təmsilçisi qısa vaxtda anlaşdığı 2-3 transferini açıqlayacaq.
Hələlik xırda detallar qaldığından rəsmi açıqlama gecikir.
Razılıq əldə olunan futbolçuların yerli olduğu bildirilir. Müdafiəçi və yarımmüdaifəçi mövqeyində çıxış edəcək oyunçular yaxın günlərdə klubla rəsmi müqavilə imzalayacaq.