AZ

İsraildə bir gecədə İranın zərbələri nəticəsində 287 nəfər xəsarət alıb Nazirlik

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

İrandan yeni raket zərbələri endirdikdən sonra İsrail xəstəxanaları iyunun 16-na keçən gecə müxtəlif şikayətlərlə ümumilikdə 287 xəstəni qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə yəhudi dövlətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin verdiyi məlumata görə, bir nəfərin vəziyyəti ağır, 13 nəfərin vəziyyəti orta ağır, 240 nəfərin xəsarəti isə yüngül qiymətləndirilir.

Daha 11 nəfər şok keçirərək həkimə müraciət edib və hazırda 20-dən çox xəstə müayinəsi davam etdiyi üçün onların vəziyyətinin ciddiliyi hələ müəyyən edilməyib. Səhiyyə Nazirliyinin bu dəfəki xülasəsində ötən gecə ölənlərlə bağlı məlumat verilmir.

"Ynet" portalının açıqladığı son rəqəmlərə görə, azı səkkiz nəfərin öldüyü məlumdur.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
bizimyol.info

1Mənbələr