AZ

İsraildəki Rusiya vətəndaşlarına vəziyyət normallaşana qədər ölkəni tərk etmək tövsiyə olunub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsraildəki Rusiya vətəndaşlarına vəziyyət normallaşana qədər ölkəni tərk etmək tövsiyə olunur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov “Rossiya 24” telekanalının efirində bildirib.

Səfir İsraildəki Rusiya vətəndaşlarına tövsiyyə edib ki, Eylat yaxınlığında sərhəd keçid məntəqəsi 24 saat fəaliyyət göstərir, oradan Misirə keçmək, Şarm əl-Şeyx və ya Qahirədən Rusiyaya qayıtmaq üçün Aeroflot reyslərindən istifadə mümkündür.

Viktorovun sözlərinə görə, artıq onlarla Rusiya vətəndaşı bu marşrutdan istifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
apa.az

3Mənbələr