"Fənərbağça" klubunun hədəfində Moskva ÇSKA-sının futbolçusu Matvey Kislyak var.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" 19 yaşlı yarımmüdafiəçinin ailəsini İstanbula dəvət edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Kislyak iki mövsümdür ÇSKA-nın əsas komandasında çıxış edir. O, başa çatan mövsüm 33 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə gənc futbolçunun dəyəri 8 milyon avrodur.