AZ

İran İsrailə hücumda hipersəs raketlərindən istifadə etdi

BAKI, 16 iyun. TELEQRAF

İran bu gün səhər saatlarında İsrailin Təl-Əviv və Hayfa şəhərlərinə endirdiyi zərbələr zamanı hipersəs raketlərindən istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu raketlər yüksək sürət və manevr qabiliyyətinə malik olduğu üçün hava hücumundan müdafiə sistemlərini aşmaqda uğurludur.

Seçilən
25
teleqraf.com

1Mənbələr